AZ

Bill Qeyts qeyri-rəsmi "Microsoft"a rəhbərlik edir

"Microsoft"un yaradıcısı və multimilyarder Bill Qeyts korporasiyanın süni intellekt sahəsində fəaliyyətinə pərdə arxasında rəhbərlik etməyə davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Business Insider” şirkətin keçmiş və indiki rəhbərlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Qeyts Microsoft-a süni intellekt siyasəti ilə bağlı məsləhətlər verir, məhsulları nəzərdən keçirir, yüksək səviyyəli rəhbərlərin seçimində iştirak edir, həmçinin ChatGPT OpenAI tərtibatçısının baş icraçı direktoru Sem Altman ilə yaxın münasibət saxlayır.

Mənbələrdən biri bildirib ki, Qeyts və Altman yaxın dostdur. Buna görə də OpenAI Qeytsin fikrini ciddi qəbul edir və onunla məsləhətləşir.

"Microsoft"un hazırkı baş direktoru Satya Nadella da Qeytsin məsləhət və təcrübəsindən yararlanmağa davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
26
Mənbələr
Şərh ()
Bağla