AZ

"Bu məsələ əslində bütövlükdə dövlətin strateji xəttidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

""Böyük Qayıdış" istiqamətində böyük işlər görülür, infrastruktur qurulur, şəhərlər, kəndlər salınır". Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, həmçinin təməlatma mərasimləri olur, məktəblər tikilir: "Köç prosesi üçün birinci növbədə infrastruktur əlverişli olmalıdır ki, bu proses sürətlənsin. Bu günə qədər vətəndaşlarımızın qayıtdığı kəndlərdə yaşayış üçün lazım olan bütün infrastruktur maksimum şəkildə təmin edilib. Proses tam yüksək sürətdə davam edir. Azərbaycanın bu məsələdə böyük iradəsi və dövlət qətiyyəti ortadadır.

Bu günlərdə açıqlama verildi ki, bu ilin sonuna qədər çox sayda məcburi köçkün ailəsi ora köçürüləcəkdir. Ona görə də "Böyük Qayıdış"da hesab edirəm ki, kifayət qədər ciddi addımlar atılmalıdır. Bu məsələ əslində bütövlükdə dövlətin strateji xəttidir. Strateji xətt yolunda hərəkət edilməlidir. Biz Qarabağ ərazilərinin məskunlaşmasını əsas vacib şərtlərdən biri hesab edirik. Ümid edirik ki, sürətlə həyata keçirilər. Onsuz da, köç prosesi qısa müddətdə gerçəkləşən məsələ deyil. İnfrastruktur hazır olan kimi əhalinin köçürülməsi təmin olunacaq. İş yerlərinin açılması da burada vacib şərtlərdən biridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
22
Mənbələr
Şərh ()
Bağla