AZ

Futzal üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib

Futzal üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib. SİA xəbər verir ki, final matçında iki ispan komandası - "Palma" və "Barselona" üz-üzə gəliblər.

"Palma" rəqibinə 5:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.

Turnirin bürünc medalçısı Portuqaliya klublarının duelində müəyyənləşib. “Sportinq”i 6:3 hesabı ilə məğlub edən “Benfika” fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, “Palma” ardıcıl ikinci dəfə futzal üzrə Çempionlar Liqasının qalibi adını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
Mənbələr
Şərh ()
Bağla