AZ

“Hidaya” 228 can aldı

Keniyada daşqın fəlakəti can almaqda davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölkədə təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib.

Rəsmilər Hidaya qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edib və qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını qeyd ediblər.

Qarşıdakı günlərdə güclü yağış və güclü küləyin güclənəcəyini bildirən səlahiyyətlilər vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb.

Hökumət sözçüsü İsaak Mvaura deyib ki, son 24 saatda 7 böyük və 2 uşaq daxil olmaqla 9 nəfər ölüb.

Mwaura 164 nəfərin yaralandığını, 72 nəfərin itkin düşdüyünü, 212 min 630 nəfərin sel və daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Qeyd olunub ki, seldən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla