AZ

"Ailə qurarkən yaş fərqinin nəzərə alınması şəxsi məsələdir" - PSİXOLOQ İZAH ETDİ

"Ailə qurarkən yaş fərqinin nəzərə alınması şəxsidir, fərdi münasibət göstərilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, erkən yaşda ailə qurmaq həm fizioloji, həm də psixoloji cəhətdən ailə həyatına tam hazır olmamaq deməkdir: "Erkən yaşda ailə qurmaqdan əlavə bəzi insanlar özlərindən yaşca böyük insanlarla ailə qurur. Zaman keçdikcə baxışlarının, maraqlarının fərqli olması, ahəng pozulması prosesi baş verir. Sonrakı peşmançılıq yaranır. İnsanların bir-birinə olan münasibətində fərqlilik ola bilir, dəyər aşağı düşür, anlaşma pozulur. Çünki gənc yaşda yaşayıb yaratmaq, əylənmək istəyən birinin potensialı içəridə basdırılır, yaşlı insan bunları sevmədiyi üçün balans pozularaq maraqlar, dəyərlər, meyillər üst-üstə düşmədiyi üçün konflikt yarana bilir. Fizioloji baxımdan da problemlər mövcud olur.

Ümumiyyətlə, hər kəs zəkasına uyğun olaraq yaşı müəyyən etməlidir. Bəzi qızlar sanki valideynlərinə olan sevgi ilə əlaqədar yaşlı insanla ailə qurmağı uyğun bilirlər. Amma zaman keçdikcə bunun nə qədər problem olduğunun fərqinə varırlar. Erkən yaşda gənc qızlarının yaşlı insanla ailə qurmasını bəzilərinin ailələri məcbur edir. Bu da cütlüklər arasında bir neçə problemin yaranmasına səbəb olur. Əksinə olduğu təqdirdə də yaşlı qadınların erkən yaşda oğlanlarla ailə qurması yenə də maraq dairəsində, inkişaf dinamikasında özünü doğrulda bilər. Amma bu fərdi yanaşmadır. İstisna hallar çox olur ki, bu ailələrdə müəyyən harmoniya da olur, anlaşma da pozulmur, dəyərlər qorunub saxlanılır. Şahidi oluruq ki, eyni yaşda ailələrdə də münasibəti tənzimləyə, qoruya bilmirlər. Konfliktlər yaranır, bu nisbi məsələdir. Amma əksər hallarda qeyd olunanlar özünü doğruldur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla