AZ

Həkimlərin eşq davası - Bir-birini məhkəməyə verdilər

Türkiyədə İstanbul Asliye Cəza Məhkəməsində qəribə bir iddia üzrə cinayət işi açılıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəxanada ortopediya və travmatologiya mütəxəssisi olaraq çalışan Dos. Dr. Ömər E. və həkim Meral D. bir-birini məhkəməyə verib. Beləki, Ömər E. xəstələri müayinə etdiyini və işləri olduğunu desə də, Meral D. “Səninlə təkbətək görüşəcəm. Bütün xəstələrin bitməsini gözləyəcəm" deyib. Həkim Ömər E. "Xəstə haqqında mənimlə müzakirə etməli olduğun xüsusi bir şey ola bilməz, indi danış" desə də Meral D. yenə də gözləyəcəyini bildirib. Meral D. bütün xəstələr çıxdıqdan sonra otağa daxil olub və qapını bağlayıb. Otaqda baş verən hadisələrdən sonra hər iki həkim prokurorluğa gedərək cinayət işi açıb və bir-birindən şikayət ediblər. Dr. Ömər E. prokurorluğa etdiyi cinayət ərizəsində həmkarının onu və həyat yoldaşını öldürməklə hədələdiyini və təhqir etdiyini iddia edib. Dr. Meral D. isə Ömər E.-nin onun keçmiş sevgilisi olduğunu, ona şiddət tətbiq etdiyini və ağır şəkildə təhqir etdiyini irəli sürüb. Hər iki həkimin bir-birindən qarşılıqlı şikayətindən sonra araşdırma başlanıb. Prokurorluq həkim Meral D.-nin Ömər E.-yə qarşı “hədələmə” və “təhqir” ittihamı ilə 9 aydan 4 ilə qədər həbs cəzasına məhkum edilməsini istəyib. Həkim Ömər E.-nin Meral D.-yə qarşı “təhqir” və “yaralama” cinayətlərinə görə 7 aydan 3 ilə qədər həbslə cəzalandırılmasını istəyib. Hər iki həkimin həm şikayətçi, həm də təqsirləndirilən şəxs qismində mühakiməsinə yaxın günlərdə başlanılacaq. Qeyd edək ki, həkimlər 6 il əvvəl iş səbəbiylə tanış olublar. İddiaya görə, Meral D. 16 mart 2023-cü ildə həkim Ömər E.-nin işlədiyi poliklinikaya gəlib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla