AZ

Turistlərin cəsədləri quyunun dibindən tapıldı

Meksikanın Aşağı Kaliforniya ştatında quyunun dibində Amerika Birləşmiş Ştatları və Avstraliyadan olan itkin düşmüş turistlərə aid cəsədlər tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda ştatın qubernatoru Marina del Pilar məlumat verib. O deyib ki, xarici turistlər çadır şəhərciyində olublar: "Onlar avtomobillərini oğurlamaq istəyən quldurların hücumuna məruz qalıblar. Turistlər müqavimət göstərsə də, quldurlar silahları çıxarıb atəş açıblar. Sonra cəsədləri quyuya ataraq məhv etməyə çalışıblar".

Qətldə şübhəli bilinən üç nəfərin saxlandığı da bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla