AZ

Rusiya dəvət göndərib, qərar verməmişik - AB

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell AB nümayəndələrinin Vladimir Putinin andiçmə mərasimində iştirakının əleyhinədir, lakin hazırda vahid mövqe formalaşmayıb.

Axar.az xəbər verir ki, bunu AB-nin diplomatik xidmət nümayəndəsi Piter Stano deyib.

Onun sözlərinə görə, inaqurasiya mərasiminə Kreml tərəfindən göndərilən dəvətlər AB ölkələrinin Moskvadakı nümayəndəliklərinə çatdırılıb:

“Hazırda AB-yə üzv dövlətlərlə cavabımızın formasını müzakirə edirik. Biz həmişə xarici siyasətdə mümkün olan hər yerdə koordinasiyalı AB yanaşması göstərməyə çalışırıq. Yekun qərar hələ verilməyib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
29
Mənbələr
Şərh ()
Bağla