AZ

Bellinqem "Real Madrid"lə müqaviləsi barədə DANIŞDI

"Real Madrid"in yarımmüdafiəçisi Jud Bellinqhem Madrid klubuna keçməsi barədə danışıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən  xəbər verir.

"Real Madrid xüsusi klubdur. Bu klubla müqavilə imzalamaq mənim başıma gələn ən yaxşı şeydir. Bu, 2023-cü ildə həyatımdakı əsas hadisədir. "Real Madrid"in mənə olan marağına görə təşəkkür etməliyəm. Burada çoxlu istedadlı oyunçular var və mən fəxr edirəm ki, onlar mənim komandaya uyğunlaşmaq üçün düzgün keyfiyyətlərə və xarakterə malik olduğumu düşünürdülər. "Real Madrid"dən mənə zəng edib növbəti bir neçə il üçün plan və layihə barədə danışanda məni inandırdılar. Bu barədə düşünməyə belə ehtiyacım yox idi".

Qeyd edək ki, Bellinqhem 2023-cü ilin iyulunda Dortmund "Borussiya"sından "Real Madrid"ə keçib. Transfer məbləği 103 milyon avro olub.

"Transfermarkt" portalı 20 yaşlı futbolçunu 180 milyon avro dəyərində qiymətləndirir.

Bu mövsüm Bellinqhem bütün turnirlərdə 38 oyun keçirib, 22 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
Mənbələr
Şərh ()
Bağla