AZ

Bakıda oteldə zəhərlənmə oldu - 2 nəfər həyatını itirdi (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakıda 4 nəfər zəhərlənib, iki nəfər ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşəobyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü KənanMustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci iltəvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu iləxəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayonprokurorluğunda araşdıma aparılır.

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərinölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiqekspertizalar təyin edilib, habelə digər zəruri prosessualhərəkətlər icra olunub.

XXX

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu,Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub,çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dənbildirilib.

Qeyd edilib ki, çağırış ünvanında 2 nəfərin (kişi cinsli)həkiməqədər ölümü qeydə alınıb.

"2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu iləKliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiyaolunub. Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davametdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir", -deyə bildirilib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
14
Mənbələr
Şərh ()
Bağla