AZ

“Faktiki qiyabi təhsil keyfiyyətcə zəifdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkəmizdə əyani və qiyabi olmaqla təhsilin iki forması işləkdir. Müqayisədə təhsilin əyani formasına daha çox yer verilir. Müəllimlik, tibb və bu kimi bir sıra ixtisaslarda qiyabi təhsil mövcud deyil. Həmçinin bu, universitetlərə görə də dəyişir. Hansısa bir ixtisasın A universitetində qiyabi forması olmadığı halda, digər universitetdə ola bilir. Əyani təhsildən fərqli olaraq qiyabi təhsilin tədris müddəti 5 ildir”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, tədris ilinin uzadılması dərs yükünün eyniləşdirilməsinə görədir: “Qiyabi təhsildə hər tədris müddəti bir aya yaxındır. Qış və yaz sessiyası olaraq ildə 2 dəfə imtahan verilir. İmtahanlar əsasən yazılı və test şəkilində olur. Təcrübə müddəti isə əsasən son kursda olur. Dünyanın bütün ölkələrində təhsilin əyani forması ilə bərabər qiyabi formasından da geniş istifadə olunur. Qiyabi təhsil prosesində təhsilalanlara tədris semestri ərzində mühazirə və seminarlar qısaldılmış proqram əsasında tədris edilir və onlar imtahanlara müstəqil hazırlaşırlar”.

Ekspert əlavə edib ki, 9 illik bazadan kolleclərdə qiyabi təhsil ümumiyyətlə yoxdur: “Başqa sözlə, Azərbaycan universitetləri kifayət sayda qiyabi tələbə qəbul edir. Bu daha çox ona əsaslanır ki, şəxs istehsalatdan ayrılmadan ali təhsil alsın. Bu, bir sıra məsələlərlə yanaşı keyfiyyətli təhsil məsələsini də ortaya qoyur. Məsələ orasındadır ki, qiyabi təhsil alanların çoxu, hətta demək olar ki, hamısı ya işləmir, ya da öz sahəsi üzrə işləmir. Qiyabi təhsil alan tələbələrin imtahanı əyani tələbələrdəki kimi çətin şərtlər altında olmur. Faktiki olaraq, Azərbaycan daxilində qiyabi təhsilli kadr ixtisası üzrə yüksək bilik potensialı əldə edə bilmir. Söz yox, qiyabi təhsil formasının yığışılmasını iddia edə bilmərik. Dünyanın indiki dəyişən şəraitində bu haqda danışmaq absurd və yersizdir. Lakin keyfiyyət amilinin üzərində möhkəm dayan bilərik. Qiyabi təhsil alan tələbə praktikasını son kursda keçir, o da çox vaxt formal, sənəd üzərində. Şəxs birinci kursda öyrəndiyi nəzəriyyənin praktikasını niyə 5-ci kursda keçməlidir? Faktiki qiyabi təhsil keyfiyyətcə zəifdir. Mütləq şəkildə bu istiqamətdə ümidverici addımlar atılmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla