AZ

“Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz“ - ŞƏRH EDİLDİ

“Müstəqilliyimizin bərpasından sonra, xüsusilə Qarabağ Zəfərimizdən sonra hər il 9 May ərəfəsində cəmiyyətdə bu müzakirələr açılır ki, biz bu günü qeyd etməliyikmi. Yaxud belə suallar verilir ki, 9 May Qələbə Gününün bizə aidiyyəti varmı? Qısaca və məntiqi olaraq belə cavab verməliyik ki, bəli, bu günün bizə də aidiyyəti var və biz bu günü qeyd etməliyik. Çünki faşizm üzərində qələbənin çalınması üçün 600 min nəfərdən çox azərbaycanlı müharibəyə gedib və onların 300 min nəfəri həlak olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, bu qələbənin əldə olunmasında Bakı nefti mühüm rol oynayıb: “Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz. Reallıq bundan ibarətdir ki, biz 70 il SSRİ-nin tərkibində olmuşuq. Bu, tariximizin mühüm bir parçasıdır və ondan imtina edə bilmərik. Şükürlər olsun, bu gün müstəqilik, Qarabağımızı azad etmişik və bizim Zəfər Günümüz var. Eyni zamanda faşizm üzərində qələbədə də Azərbaycanın böyük rolu, haqqı var, bu müharibədə həlak olan soydaşlarımızın, vətəndaşlarımızın xatirəsini daim yad etməliyik”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla