AZ

Neft yenə də bahalaşdı

Çərşənbə axşamı, mayın 7-də “Brent” markalı neftin fyuçersləri 0635 GMT-də 9 sent və ya 0,11% bahalaşaraq 83,42 dollara, “West Texas Intermediate” (WTI) markalı xam neftin fyuçersləri isə 7 sent və ya 0,09% artaraq 78,55 dollar olub.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verir. IG analitiki Yep Jun Rong deyib: “Neft qiymətləri bu gün səhər saatlarında İsrail və HƏMAS arasında atəşkəs danışıqlarındakı bəzi uğursuzluqların bazar iştirakçılarının potensial olaraq uzana biləcək geosiyasi gərginliyi qiymətləndirməsinə səbəb olduğu üçün artıb”.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
13
Mənbələr
Şərh ()
Bağla