AZ

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib

Sənaye zonalarında 10500-dən artıq daimi iş yeri yaradılıb, mövcud layihələr üzrə növbəti mərhələdə əlavə olaraq 6500-dən çox yeni iş yerinin da açılması nəzərdə tutulur.

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. 2015-ci ildən 2024-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında 12,74 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci rübündə sənaye zonalarında 640,3 milyon manatlıq satış həyata keçirilib, bunun da 223,6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6%, ixracında isə 28,2% təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.

Eyni zamanda sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır.

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
12
Mənbələr
Şərh ()
Bağla