AZ

"Sumqayıt" rəsmisi hakimi təhqir etdiyi üçün cəzalanıb

AFFA İntizam Komitəsi "Sumqayıt-2" komandasının inzibatçısı Elnur Hüseynovu 5 oyunluq cəzalandırıb. SİA-nın məlumatına görə, buna onun Əvəzedicilər Liqasının XXXIII turunda "Kəpəz-2" ilə matçda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi isə 400 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 3:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla