AZ

NATO birləşmələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı petisiya təxribatdır - Kreml

Kreml Ukrayna lideri Volodimir Zelenskinin internet səhifəsində NATO qoşunlarının ölkəyə yerləşdirilməsini tələb edən petisiyanı təhlükəli təxribat kimi qiymətləndirir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Biz bunu çox amansız bir təxribat hesab edirik. Kiyev rejimi olduqca gözlənilməzdir”, – Peskov əlavə edib.

Rusiya prezidentinin mətbuat katibi Moskvanın “NATO ölkələrinin hərbçilərinin bu münaqişəyə yerdə birbaşa müdaxiləsinin potensial olaraq böyük təhlükə törədir” xəbərdarlığını xatırladıb.

Qeyd edək ki, bir gün əvvəl ölkə liderinin saytında xarici qoşunların Ukraynaya dəvət edilməsi ilə bağlı petisiya peyda olub. 

Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi məsələsi Fransa Prezidenti Emmanuel Makron tərəfindən getdikcə daha çox gündəmə gətirilir. Siyasətçi bunu Rusiya Federasiyası ilə münasibətlərdə “strateji qeyri-müəyyənlik” yaratmaq ideyası ilə izah edir və Kiyevə dəstək üçün hərbi kontingentin daxil olmasını istisna etməməyə çağırır.

Rusiya dəfələrlə qeyd edib ki, Qərb dövlətlərinin Ukraynadakı münaqişəyə birbaşa cəlb olunması nəzarətsiz eskalasiyaya görə təhlükəlidir. Qərb paytaxtlarının bəyanatlarına cavab olaraq, Moskva qeyri-strateji nüvə silahlarından istifadə imkanlarını sınaqdan keçirən raket birləşmələri ilə təlimlərə başlayıb.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla