AZ

Olimpiadada idmançılar və jurnalistlər karton çarpayılarda yatacaq

Parisdəki olimpiya kəndində 16 min karton çarpayı quraşdırılacaq. Bu mebel Sen-Deni və Şatoruda məskunlaşan idmançılar üçün nəzərdə tutulub. Dyunidə məskunlaşan jurnalistlər də eyni çarpayılarda yatmalı olacaqlar.

İstehsalçı kompaniya belə çarpayıları Tokio Olimpiya Oyunları zamanı da quraşdırmışdı. Bu kampaniya parnik qazlarının azaldlmasına yönəlib. Kartondan olan çarpayılar yarışdan sonra təkrar emala göndəriləcək.

Xatırladaq ki, çarpayı çox zərif olduğuna görə, Tokio Olimpiadası zamanı idmançı və jurnalistlər tərəfindən “antiseks” adını almışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla