AZ

Bu tipli görüşlərdən nəticə gözləməyə dəyər – Politoloq

Almatı görüşündən gözləntilər böyük olsa da, əlbəttə ki, bu görüş tərəflər arasında mövqelərin daha da yaxınlaşması, eləcə də əldə olunmuş razılıqların daha da davam etdirilməsi mahiyyəti daşıyır.

Bu fikirləri Herbiand.az-a politoloq İlyas Hüseynov söyləyib. Politoloq hesab edir ki, sərhəd təhlükəsizliyi, delimitasiya prosesi, delimitasiya dövrünün çərçivəsi, onun hansı zaman kəsiyində bitməsinə dair açıq olan suallar masada müzakirə olunacaq:

“Qazaxıstan burada vasitəçi qismində çıxış etmir. Daha çox təşəbbüskar və danışıqların keçirilməsi üçün platforma rolunu oynayır. Eyni zamanda Qazaxıstanın hər iki ölkə ilə yaxşı münasibətləri var. Bu da tərəflər arasında çox mühüm amil kimi qiymətləndirilir. Orta dəhliz, Zəngəzur dəhlizi, kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin formalaşması baxımından Qazaxıstanın da öz maraqları olduğunu qeyd edə bilərik. Delimitasiyada tərəflərin əldə rəhbər tutduqları sənəd 1991-ci ildə qəbul edilmiş Almatı bəyannaməsidir. Simvolizm da bundan ibarətdir ki, yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda görüşürlər”.

İlyas Hüseynov bu görüşün nəticələrinin üstündən xətt çəkmək niyyəti güdən qüvvələrin heç nəyə nail ola bilməyəcəyinə ümid etdiyini bildirdi. Qeyd etdi ki,  bu görüş vasitəçilər olmadan keçirilir. Və bu tipli görüşlərdən nəticə gözləməyə dəyər.     

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
herbiand.az

1Mənbələr