AZ

"Azərbaycanın ən xırda uğuru belə onları qıcıqlandırır" - MÜNASİBƏT BİLDİRİLDİ

Bildiyimiz kimi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli “Putinin andiçmə mərasiminə gələn tək-tük qonaqlar arasında Qvineya-Bisau prezidenti Siloku Embalo da var. İki ay öncə Rusiya bu ölkənin 27 milyon dollar borcunu bağışlamışdı. Necə deyərlər, əl-əli yuyar. Deyirəm, 27 milyon bizim hakimiyyət üçün pul deyil, əl çirkidir. Bəlkə Qambiya ilə viza rejiminin ləğvindən sonra Qvineya-Bisau ilə analoji saziş imzalayaraq xalqımızın Qambiya sevincinə Qvineya sevinci də qataq. Afroinreqrasiyadırsa, tam olsun” kimi fikirlər səsləndirmişdi. SİA mövzu ilə bağlı deputat Ceyhun Məmmədovun fikirlərini öyrənib.


Ceyhun Məmmədov bildirib ki, o bu cür yanaşmaları qeyri-ciddi hesab edir: “Bu cür müqayisələrin aparılması da yanlışdır. Yəni, müxalifətçilik o anlamda deyil ki, dövlətin bütün müsbət işlərini gözdən salmaq üçün davamlı olaraq cəhdlər edilsin və addımlar atılsın. Müxalifətin funksiya və vəzifəsi tamamilə başqadır.

Bugün Rusiyadan bəhs edərək Azərbaycanın da bu məsələyə qarışdırılması hesab edirəm ki, bu dövlətçilik təfəkkürünün olmamasından irəli gələn bir məsələdir. Azərbaycan inkişaf edir. Həmçinin, Rusiya ilə də münasibətlərimiz də yüksəkdir. Biz davamlı olaraq dünyanın ayrı-ayrı ölkələrinin Azərbaycanla əlaqələrini inkişaf etdirməyə çalışdığını görürük. Ona görə burada bu formada məsələlərə yanaşılmamalıdır.

Azərbaycan Afrika dövlətləri ilə münasibətini inkişaf etdirir. Bugün təkcə Azərbaycan yox, dünyanın əksər ölkələri Afrika ölkələri ilə münasibətlərin qurulması üçün çalışırlar və o mənada Qamberi ilə də Azərbaycan viza rejimini ləğv edə bilər. Bu məsələyə normal yanaşılmalıdır və burada hansısa bir paralelin aparılması da kökündən yanlışdır. Bu insanlarda dövlətə, dövlətçiliyə qarşı o qədər kin və küdurət var ki onlar heç bir həqiqəti görmək istəmirlər. Azərbaycanın ən xırda uğuru belə onları qıcıqlandırır və onlar bu cür açıqlamaları, bəyanatları verirlər”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13151
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10301
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8902
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2761
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2346
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2106
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1990
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1800
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1495
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1412
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
927
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
638
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
602
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
591
Arda Gülər dayanmır, yenə fərqləndi -
561
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
549
Azərbaycan nefti ucuzlaşdı
494
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
466