AZ

İctimai şura FHN Akademiyasına kursant qəbulu ilə əlaqədar seçim turunu izləyib - FOTOLAR

Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 2024/2025-ci tədris ili üzrə FHN-in Akademiyasına qəbul olmaq üçün sənəd verən abuturiyentlərin fiziki hazırlıqlarının qiymətləndirilməsi üzrə seçim turu keçirilib. SİA xəbər verir ki, seçim turunda abituriyentlər müəyyən olunmuş idman normativləri üzrə bacarıqlarını sınayıblar.

Seçim turunda FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və sədrin müavini Vəfa Abbasova da iştirak edib. İctimai şuranın nümayəndələri tərəfindən seçim turunun təşkili, abituriyentlərin çıxışları və qiymətləndirmə prosesi yaxından izlənilib. Yekun olaraq, Şura üzvləri turun yüksək səviyyədə təşkil edildiyini, şəffaflıq, bərabərlik və ədalət prinsiplərinin təmin olunduğunu qeyd ediblər.

İdman normativləri üzrə hazırlıqlarını sınayan 292 abituriyentdən 243 nəfər məqbul nəticələr göstərərək, seçim turunun növbəti mərhələsinə vəsiqə qazana bilib.

Tədbirdən sonra İctimai şuranın nümayəndələri İdman-sağlamlıq klubunun fəaliyyəti ilə, burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Klubun rəisi polkovnik Füzuli Musayev Şura üzvlərinə klubun fəaliyyəti haqqında ətraflı məlumat verərək burada yerli və beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. O, il ərzində Nazirliyin strukturuna daxil olan qurumlar arasında müxtəlif idman növləri üzrə yarışların keçirildiyini, həmçinin Nazirliyin əməkdaşlarının mütəmadi olaraq həm beynəlxalq, həm də yerli yarış və turnirlərdə mübarizə apardıqlarını və Azərbaycanın üçrəngli bayrağının idman arenalarında layiqincə dalğalandırdıqlarını vurğulayıb.

Sonra Şura üzvləri Klubda Ulu Öndərin idmanın inkişafı istiqamətində gördüyü işləri özündə əks etdirən Heydər Əliyev Muzeyində geniş ekspozisiya və fotoguşələrlə tanış olub, idman zalları və üzgüçülük hovuzuna baxış keçiriblər.

İctimai şuranın üzvləri İdman-sağlamlıq klubunda yaradılmış şəraiti və klubun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
254
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14389
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11332
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9234
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2349
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2341
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1850
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1208
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Azərbaycan nefti ucuzlaşdı
771
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
611