AZ

Erməni diasporunun əlində oyuncağa çevrilmiş şəxslər…- ÖZƏL

"Ümumilikdə Avropa Parlamentində çox böyük cinayətkar şəbəkə fəaliyyət göstərir. Həmin şəbəkə kütləvi olaraq əsasən rüşvətxorluqla məşğuldur. Digər cinayətlərdə də onların adları var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Konkret olaraq həmin şəbəkənin üzvləri digər ölkələrə, hansı ki dünyada Avropanın təsirindən çıxmağa çalışan ölkələrə təzyiq metodlarından istifadə edirlər. Bir çoxları da erməni diasporunun əlində oyuncağa çevrilmiş şəxslərdir. Bu yaxınlarda Azərbaycana qarşı böyük təhqirlər işlətmiş Şvabe kimi erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir fiqur, məsələn Şvabe Avropa Parlamentində ən korrupsiyaya, çirkaba bulaşmış üzvlərdən biridir. Digər deputatlar da var ki, bu deputatlar müxtəlif maxinasiyalar, çirkli işlərə yol verirlər və zaman-zaman öz hökümətləri də onların fəaliyyətini üzə çıxarır. Həmin fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunan kifayət qədər avropalı var. Bunlar müxtəlif pullar, vədlərlə öz çirkin əməllərini həyata keçiriblər. Onların regionda ən çox qərəz göstərdiyi ölkə Azərbaycandır. Çünki Azərbaycan heç bir zaman Avropa Parlamentinin, digər Avropa qurumlarının, Qərb institutlarının Azərbaycana qarşı haqsız tələbinə səssiz qalmayıb. Hər zaman müqavimət göstərib, öz sözünü deyib. Torpaqlarımız işğaldan azad olunandan sonra bu prosesi daha da sürətləndirdilər. Nəticə etibarı ilə Azərbaycanla AŞPA arasındakı münasibətlərin dondurulmasına gətirib çıxardılar. Hal-hazırda da bu cür qərəzli mövqelərin şahidi oluruq. Yenə də Azərbaycanı müxtəlif şeylərdə ittiham edir, böhtan atırlar. Özlərinə sərf edən açıqlamalar verirlər. Avropa Parlamentinin deputatına yaraşmayacaq, ləyaqətsiz ifadələr işlədirlər. Bunlar Avropa Parlamentinin qərəzli, ikiüzlü siyasət apardığını, onların bir çox üzvünün hələ də cinayətkar şəbəkə şəklində fəaliyyət göstərməsinin ən böyük örnəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
olaylar.az

1Mənbələr