AZ

Ürək sancmasını digər sancılardan necə fərqləndirmək olar?

Tez-tez insanlarda ürək nahiyəsində sancılar olur.

Bu həmişə ürək sancısıdır, yoxsa əzələ ağrısı? Bunu necə ayırd eləmək olar?

Hit.az-ın sualına cavab verən terapevt Sevinc Qurbanova bildirib ki, ürək sancısı sol tərəfdə yox, sinənin ortasında hiss olunur:

“Ürək sancısı ağır olur, iynə kimi batır və orqanizmə sanki ağır təzyiq verir. Sancı sinənin ortasında başlayıb sol çiyinə, sol qola, sol kürək sümüyünə, alt çənə sümüyünə ötürülür. Xəstə hərəkətsiz uzansa belə, sancılar dayanmır. Hava çatışmazlığı hiss olunduğuna görə, xəstəni soyuq tər basır, ümumi zəiflik hiss olunur. Əzələ və sinir ağrılarında isə, hərəkət edərkən ötüşür, xəstə özünə münasib vəziyyət alanda ağrılar nisbətən səngiyir. Bu qabırğa arası nevrolgiyanın əlamətidir. Lakin hər bir halda xəstəyə həkim baxmalı, kardioqramma çıxarılmalıdır".

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
6
Mənbələr
Şərh ()
Bağla