“Barselona” hücumameyilli yarımmüdafiəçi Rafinyanı satmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Xoakim Pyera məlumat yayıb.
Kataloniya klubu ciddi maliyyə problemləri səbəbindən braziliyalı futbolçunu satmaq məcburiyyətindədir. “Barsa” Rafinyanın gedişindən 80 milyon avro qazanmağı ümid edir. Bu baxımdan Kataloniya klubunun rəhbərliyi Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirməyə hazırdır.