AZ

Konfrans Liqasında ilk finalçı bəlli oldu

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

90deqiqe.Az  xəbər verir ki,  İtaliyanın "Fiorentina" klubu Belçikada “Yan Breidel” stadionunda "Brügge"nin qonağı olub.

Qarşılaşmanı Halil Melerin (Türkiyə) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Matçın 20-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçib. Onların heyətində müdafiəçi Maksim De Kuyper fərqlənib.

85-ci dəqiqədə qonaqların hücumçusu Lukas Beltran penaltidən hesabı bərabərləşdirib.

İtaliyada keçirilən ilk oyunda “Fiorentina” 3:2 hesabı ilə qalib gəlib. Görüş mayın 2-də İtaliyada baş tutub. Meydan sahiblərinin qollarına Rikkardo Sottil, Andrea Belotti və Mbala N'Zola imza atıb. "Brügge"nin heyətində Hans Vanaken (penalti) və İqor Tiaqo fərqlənib.

Beləliklə, ümumilikdə “Fiorentina” Konfrans Liqasının finalına yüksəlib.

Xatırladaq ki, Konfrans Liqasının 1/2 final mərhələsinin digər cütlüyündə İngiltərənin “Aston Villa” və Yunanıstanın “Olimpiakos” klubları üz-üzə gəlib. İlk oyun Yunanıstan klubunun qələbəsi ilə yekunlaşıb - 4:2.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
90deqiqe.az

10Mənbələr