AZ

“Barselona” mövsümün sonunda Xavini qovacaq?

“Barselona” baş məşqçisi Xavini qova bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Kataloniya klubunun La Liqanın son turunda 2-ci yer uğrunda mübarizədəki əsas rəqibi “Jirona”ya 2:4 hesabı ilə məğlub olmasıdır.

“Barsa”nın yekun nəticəsi ikinci pillədən aşağı olarsa, rəhbərlik 44 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gələ bilər.

Xavi yanvarda postundan ayrılacağını açıqlasa da, ötən ay vəzifəsində qalacağını bildirib. “Barselona” mövsümün sonuna 4 tur qalmış 3-cü pillədə yer alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
18
Mənbələr
Şərh ()
Bağla