AZ

“Mədəniyyətin köklü formada inkişafı mədəni insandan başlayır“ - ŞƏRH EDİLDİ

“Müasir dövrdə ənənəvi mədəniyyət sahələrinin inkişafı ilə bağlı yeni bir doktrina hazırlanmalıdır. Çünki istər-istəməz insanların məşğuliyyət, zövq və dəyər sistemində xeyli dərəcədə böyük dəyişikliklər baş verib. Yəni, teatr daha çox oxumuş insanları cəlb edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, kitab, bədii əsər oxuyanlar, hansısa bir formada bədii obrazlarla tanışlığı olan insanlar daha çox teatra maraq göstərirlər: “Bu sahədə isə təhsil sistemimiz xeyli zəiflədiyinə görə, teatrın bazası ola biləcək insanların sayı da azdır. Eyni zamanda kino sənətinə də baxış belədir. Digər müvafiq sahələrdə də vəziyyət eynidir. Bu baxımdan da cəlbedicilik üçün hər hansı bir yeniliklər düşünülməlidir.

Mədəniyyətin köklü formada inkişafı mədəni insandan başlayır. Bu da təhsillə bağlıdır. Təhsildə ciddi şəkildə islahatlar aparılmalıdır ki, mədəni insanın yetişməsinə imkan yaradan mühit olsun. Çünki bizdə belə bir mühit yoxdur və bu da narahatedici məsələlərdən biridir. Hər halda bu istiqamətdə xeyli çətinliklərimiz var və bu məsələ ətrafında xeyli düşünmək lazımdır. Təhsil isə ən vacib məqamdır. Çünki təhsil olduqdan sonra insan digər sahələrə də meyil etməyə başlayır. Bu sahələr arasında qarşılıqlı inkişaf olmalıdır ki, mədəniyyət də inkişaf etsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla

Reytinq