AZ

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında aksiya: 50 uşaq sünnət olunub

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında sünnət aksiyası keçirilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, aksiyada şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları iştirak ediblər. Aksiyada 50 uşaq sünnət olunub.

 

Aksiya Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Uşaqlar ilkin olaraq yoxlamadan keçirilib, sonra əməliyyat olunublar. Əməliyyat 1-10 yaş arasında olan uşaqlar üzərində aparılıb.

 

Daha sonra sünnət olunan uşaqların hər birinə Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən hədiyyələr təqdim olunub. Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarət altında saxlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
aztibb.az

3Mənbələr