AZ

Messinin salfeti hərraca çıxarıldı

style='margin-bottom:10px;'>

Argentinalı hücumçu Lionel Messinin "Barselona" ilə ilk müqaviləsini imzaladığı vaxt yanında olan salfet hərraca çıxarılıb.

QOL.az xəbət verir ki, hərracın başlanğıc qiyməti 300 min funt sterlinqdir. Hərrac mayın 17-dək davam edəcək.

Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. Hücumçu 2003-cü ildə klubun əsas komandasında oynamağa başlayıb. O, Kataloniya təmsilçisi ilə 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya kubokunu və 4 dəfə Çempionlar Liqasını qazanıb.

2021-ci ildə Messi "Barselona"dan ayrılıb və azad agent kimi PSJ-yə keçib. O, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
teleqraf.com

10Mənbələr