AZ

“Azərbaycan həm yaxşı pul qazandım, həm də hörmət”

Azərbaycanda “Xəzər Lənkəran” və “Bakı” komandalarının formasını geyinmiş Uinston Parks burada keçirdiyi vaxtları xatırlayıb.

Kosta rikalı sabiq hücumçu Futbolinfo.az saytına açıqlamasında bunu gözəl xatirə kimi yada salıb.

O, “Xəzər Lənkəran” və “Bakı”nın dağılmasına da münasibət bildirib: “Azərbaycanda keçirdiyim dönəmi çox yaxşı xatırlayıram. Mənim üçün gözəl anlar idi. Həm “Xəzər Lənkəran”, həm də “Bakı”da çox yaxşı münasibət gördüm. Həm yaxşı pul qazandım, həm də hörmət. Təəssüf ki, indi hər iki klub yoxdur. Halbuki onlar Azərbaycan futboluna böyük töhfə verə bilərdilər. Onların varlığı yeni futbolçu nəsli üçün fürsət idi. İnanıram ki, tezliklə bu klublar yenidən bərpa olarlar”.

Parks “Xəzər Lənkəran”da daha xoşbəxt mövsüm keçirdiyini etiraf edib: “Xəzər Lənkəran”da keçirdiyim vaxtlar mənim üçün xüsusi idi. Orada bir ailə kimi idik. Çempionat da rəqabətli keçirdi. “Neftçi” ilə matçlarımız daha ajiotajlı alınırdı. Həmin görüşlərə “böyük oyun” deyirdilər. “Neftçi”yə qalib gəlmək bizi xoşbəxt edirdi. Yəqin ki, onlar da eyni hissi yaşayırdılar”.

42 yaşlı keçmiş hücumçu Azərbaycan futbolu barədə geniş məlumata sahib olmadığını da gizlətməyib: “Azərbaycan çempionatını izləyə bilmirəm. Düzünü deyim, buna vaxtım olmur. Çünki öz işlərimə daha çox zaman sərf edirəm. Ancaq internet vasitəsilə hərdən nəticələrə baxıram. “Qarabağ”ın Avropa Liqasında 1/8 finala qədər irəlilədiyini internetdə görmüşəm. Onların bu nailiyyəti məni təəccübləndirmədi. Çünki hələ Azərbaycanda olduğum vaxtda “Qarabağ”ın ildən-ilə güclənəcəyini hiss edirdim”.

Qeyd edək ki, Uinston Parks 2010-11 mövsümündə “Xəzər Lənkəran”da, 2011-12-ci illərdə isə “Bakı”da çıxış edib. O, hər iki komanda ilə Azərbaycan Kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
futbolinfo.az

2Mənbələr