AZ

“Ümummilli Lider Heydər Əliyevin bir sözünə hamı etimad göstərirdi" - KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan ayrılmaz ifadələrdir. Ümummilli Lider deyirdi ki, nə qədər ki Azərbaycan var, mən də varam. Ulu Öndərsiz də Azərbaycan yoxdur. Çünki bu dövləti qurub yaradan Ulu Öndər Heydər Əliyev olub. 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos, özbaşınalıq hökm sürürdü və dövlətçilikdən anlayışı olmayan insanlar hakimiyyətə gəlmişdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“1993-cü ilin oktyabr ayının 15-də Ulu Öndər yenidən hakimiyyətə gəldi və sübut etdi ki, dövlət, dövlətçilik, idarəetmə, siyasət nə deməkdir. Heydər Əliyev ölkəni vahid idarəetmə sisteminə saldı. Onun rəhbərliyi ilə Azərbaycanın ilk milli Konstitutsiyası qəbul olundu, “Əsrin müqaviləsi” imzalandı, ölüm hökmü ləğv olundu və bir sıra qanunvericilik aktları qəbul olundu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman Azərbaycanın iqtisadi sistemi hələ formalaşmamışdı. Belə bir vəziyyətdə xarici neft şirkətləri Azərbaycana sərmayə qoydular. Bəs nə üçün bunu etdilər? Çünki onlar Heydər Əliyevə güvəndilər. Ulu Öndər bildirdi ki, onların investisiyalarının təminatçısı özüdür. Heydər Əliyev belə miqyaslı şəxsiyyət idi. Onun bir sözünə hamı etimad göstərirdi.

Daha sonra isə dövlət başçısı İlham Əliyevin Ulu Öndərin siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub. Dövlətimizin bu günü Ümummilli Lider Heydər Əliyevin arzuladığı Azərbaycandır. Allah Ulu Öndərimizə rəhmət eləsin. Ruhu şad olsun”,- deyə deputat əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
47
Mənbələr
Şərh ()
Bağla