AZ

Nyu York və Dublin arasında virtual körpü yaradıldı

Litvalı rəssam Benediktas Gylys hazırladığı "The Portal" adlı heykəl ilə Nyu York və Dublin arasında virtual körpü yaradıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aralarında beş min kilometr məsafə olan Dublin və Nyu-York 24/7 canlı yayımla bir-birinə bağlanıb. Nyu Yorkdakı portal Beşinci avenyudakı Flatiron binasının qarşısında, Dublindəki portal isə O'Konnell küçəsində açılıb. Canlı yayımın həftənin 7 günü, günün 24 saatı davam edəcəyini bildirən sənətçi Gylys, "Hər şeydən əvvəl, insanları yenidən əlaqə yaratmağa dəvət edəcək filtrsiz bir görüş təqdim edirik" deyib.

Bildirilib ki, portallar növbəti altı ay ərzində açıq qalacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla