AZ

"Bizim gənc nəsil vətənpərvər olmasa,..." - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ölkəmizdə artıq Azərbaycan dilində obyekt, şirkət adlarına rast gəlinməməsinin əsas səbəbi bizim orta məktəblərdə şagirdlərimizə lazımlı şəkildə vətənpərvərlik hisslərini aşılamamaqdır". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, Türkiyə, Gürcüstan, Qazaxıstana baxsaq, tamam başqa mənzərə görərik: "Ermənilərdə isə xəstəlik şəklindədir. Bir çox ölkələrdə orta məktəb şagirdləri digər fənləri pis bilsələr də, tarixlərini yaxşı bilirlər. İndi savadsız, yarım savadlı adam pul sahibi olubsa, şirkət açıbsa Vətən haqqında geniş məlumatı, məhəbbəti yoxdursa, fikirləşəcək ki, başqa ölkələrin adları daha yaxşı səslənəcək. Sadəcə olaraq bu, təhsil sistemimizdəki mənfi xüsusiyyətlərdən birinin göstəricisidir.

Biz orta məktəblərdə təkcə fənləri öyrətməməliyik, vətənpərvərliyi də öyrətməliyik. Bizim gənc nəsil vətənpərvər olmasa, onları nə qədər savadlı hazırlasaq belə, sabah onlardan başqaları bizim əleyhimizə istifadə edə bilərlər. Orta məktəb bitirən şagirdlərimizin hamısı 7-8-ci sinifdən Vətən haqqında həddindən çox yox, həqiqi, böyük biliklərə malik olmalıdırlar. Görün, nə qədər zəngin tariximiz var. Dünyanın ən böyük şairi də bizimdir, böyük alim Tusi də, Lütfizadə, Rafiq Əliyev də bizimdir. Tariximizdə Nadir şahımız, Şah İsmayılımız var. Amma bu gün 7-8-ci sinifə girək, sorğu keçirək. Görək, bizim uşaqların adını çəkdiyim şəxsiyyətlər, tariximiz haqqında nə qədər məlumatları var? Bu, təhsil sistemimizin çox böyük qüsurlarından biridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla