AZ

Rusiya ərazisi ilk dəfə olaraq Leopard-2 tankı ilə vuruldu

Ukrayna hərbçiləri ilk dəfə olaraq Rusiyanın Belqorod vilayətinə Almaniyanın “Leopard-2” tankı ilə hücum ediblər. News365.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrinin tank ekipajı Novopetrovka kəndinə 120 mm-lik 15 mərmi atıblar. Atış Xarkov vilayətinin Ambarnoye kəndindən reallaşıb.

Paylaşımda tazılıb: “Mövqeni maksimum uzaqdan götürmüşdülər- hədəfdən 5,5 km uzaqda olub".

Mərminin təsirli uçuş məsafəsi cəmi 3,5 km olduğuna görə bir dənə də olsun sursat heç bir evə dəyməyib.

“Hər hansı tələfat və dağıntı yoxdur”, - nəşr yekunlaşdırıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
news365.az

1Mənbələr