AZ

Moskvada hərbi əməliyyat iştirakçılarını hədələyən tutulub...

Moskvada polis, YouTube kanalındakı canlı yayım zamanı Ukraynadakı hərbi əməliyyat iştirakçılarını hədələyən strimeri (internet vasitəsilə onlayn yayımın aparıcısı-A.B.) saxlayıb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi İrina Volk özünün Telegram kanalında, həmçinin “Diqqət, Moskva” Telegram kanalında məlumat verib.

Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, Taqanroqdan olan 36 yaşlı Aleksandr adlı şəxs YouTube-dakı yayımı zamanı Ukrayna ərazisində döyüşlərin iştirakçılarını təhqir edib və Rusiya Federasiyasındakı mövcud hökuməti tənqid edib.

...O dəqiqə onun Zelenoqraddakı mənzilində axtarış aparılıb və avadanlıqları götürülüb.

...Adama qarşıRusiya Federasiyasının Cinayət Məcəlləsinin 282-ci maddəsi (nifrətə çağırış və insan ləyaqətinin alçaldılması) ilə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
sia.az

1Mənbələr