AZ

Aparılan siyasət milli iradəyə əsaslanır - ŞƏRH

Birləşmiş Ştatlar və Avropadakı elitalar beynəlxalq siyasətə nöqsanlı baxışlarla qoşulduqları üçün hadisələri görməkdə korluq çəkirlər. Onlar 21-ci əsrdə realizm məntiqinin yəni, dövlətin təhlükəsizlik və öz mövcudluğunu qorumaq naminə milli maraqlarını müdafiə etmək yanaşmasını az əhəmiyyət kəsb etdiyini və Avropanın “qanunun aliliyi”, “iqtisadi qarşılıqlı asılılıq” və “liberal” prinsipləri əsasında bütöv və azad saxlanıla biləcəyinə inanırlar. Lakin bu yanaşma artıq 21-ci əsrin 3-cü onnilliyidir ki, özünü doğrultmur. Hazırkı böhranlar onu göstərir ki, realpolitik aktual olaraq qalır və buna məhəl qoymayan dövlətlər bunu öz suverenliklərini itirmək bahasına ödəyir. ABŞ və Avropa dairələri Ukrayna azmış kimi Gürcüstan və Ermənistanda yenə bu səhvləri davam etdirir. Fəsadları üzə çıxdıqdan sonra bu yanlış aparılan siyasəti davam etdirmək daha böyük səhv olar. Prezident İlham Əliyevin mayın 10-da Şuşada sakinlərlə görüşdə dediyi fikirləri xatırlayaq: “Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.

“Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm.”Ölkənin milli maraqlarının təmin olunması onun həm daxili, həm də xarici siyasətinin başlıca prioriteti olmalıdır. Daxili və xarici siyasətin milli maraqlara əsaslanması hər bir ölkənin başlıca prioriteti olmalıdır. Müstəqil dövlətimizin və milli maraqlarımızın təminatçısı olan Prezident İlham Əliyev hər zaman aparılan siyasətin məhz milli iradəyə əsaslandığını bəyan edir.

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
26
sesqazeti.az

10Mənbələr