AZ

Rəisinin qəzaya düşməsi ilə bağlı Əliyevdən paylaşım...

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı məlumat paylaşım edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Prezident bu barədə X səhifəsində yazıb.

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, - deyə dövlət başçısı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
sia.az

10Mənbələr