AZ

Enerjidә qәnaәt dövrü

Türkiyə dövlət qurumlarında qənaət tədbirləri həyata keçirir. Bu tədbirlər dövlət qurumlarını maraqlandıran bir çox sahələrdə həyata keçiriləcək. Tədbirlərin mühüm hissəsi enerjidən istifadə ilə bağlıdır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Enerji və Təbii Sərvətlər Nazirliyinin həm 2053-ci ilə dair sıfır emissiya hədəfləri, həm də qənaət tədbirləri ilə bağlı mühüm planları var.

Proqramın adı “2030-cu il milli enerji səmərəliliyi strategiyası”dır. Strategiya çərçivəsində fəaliyyət planı ilə dövlət enerji xərclərinə 30 faizə qədər qənaət edilməsi nəzərdə tutulur.

2030-cu ilə qədər enerji istehlakının 16 faiz azaldılması və tullantıların 100 milyon ton azaldılması nəzərdə tutulur.

İctimai binalar və küçələrin işıqlandırılması da strategiya və fəaliyyət planına daxildir. 2023-cü ilə qədər ictimai binalarda enerji xərclərinə 15 faizə qədər qənaət edilməsi nəzərdə tutulurdu. 2024-cü ildən etibarən bu hədəf iki dəfə artırıldı. 2030-cu ilə qədər ictimai binalarda enerji xərclərinə 30 faizə qədər qənaət edilməsi nəzərdə tutulur.

Bu çərçivədə küçə lampalarında led işıqdan istifadə ediləcək. 2030-cu ilə qədər elektrik enerjisinə qənaət edən 1,2 milyon LED lampalar quraşdırılacaq. Bu çərçivədə elektrik paylayıcı şirkətlər və yerli idarələr koordinasiyalı şəkildə işləyəcək.

Sözügedən plan 2024-cü ildə həyata keçirilməyə başlandı. Cəmi 4 ayda əldə edilən gəlir 1 milyard 100 milyon lirəni ötdü.

Nazirlik həmçinin, xüsusilə elektrik enerjisi istehsalında xarici mənbələri azaltmağı hədəfləyir. Bu istiqamәtdә bәrpa olunan enerjimәnbәlәrinә böyük әhәmiyyәt verilir.

Türkiyə keçən il elektrik enerjisinin 42 faizini bərpa olunan enerji mənbələri hesabına ödəyərək dünya ortalamasını üstələyib.

Elektrik enerjisi istehsalının 6 faizi günəş, 10 faizi külək, 20 faizi isə su elektrik mənbələrindən əldə edilib.

Elektrik enerjisinin 58 faizi qalıq yanacaqlardan istehsal edilib.

Bərpa olunan enerjidən istifadənin artırılması istiqamətində bir mühüm addım da atılıb.

Enerji və Mədən qanunlarına edilən dəyişikliklərlə içməli su ilə təmin edən bəndlər, bataqlıqlar və sahil xətləri istisna olmaqla, üzən Günəş Enerjisi Elektrik Stansiyalarının yaradılmasına imkan verilib.

Tənzimləmə ilə dənizlərdə, su bәndlәrindә, süni və təbii göllərdə enerji istehsalı müəssisələri yaradıla bilər.

Beləliklə, günəş enerjisinin rolu daha da artacaq və qalıq yanacaqlarla elektrik enerjisi istehsalı azalacaq.

Bu çərçivədə ev təsərrüfatlarında və iş yerlərində enerjiyә qənaət də böyük əhəmiyyət kəsb edir.

Evlərdə və iş yerlərində enerji istifadəsi kiçik tədbirlərlə demək olar ki, yarıya endirilə bilər.

Bəs bu istiqamətdə hansı addımlar atılmalıdır?

- İstifadə olunmayan işıqlandırmalar söndürülməlidir.

- Enerjiyə qənaət edən elektron cihazlar və işıqlandırma sistemləri, xüsusən də LED lampalardan istifadə edilməlidir.

- İstifadə olunmayan elektrik cihazlar şəbəkədən ayrılmalıdır.

- Radiatorlar mebelin arxasında olmamalıdır.

- Qış aylarında evlərin, iş yerlərinin və onların yerləşdiyi binaların qapıları bağlı saxlanmalıdır.

- İstifadə olunmayan otaqlarda elektrik radiatorlarının temperaturu aşağı salınmalıdır.

- Soyuducular 3-5 dərəcə arasında işlədilməlidir.

- Soyuducu, qabyuyan və paltaryuyan maşınların daha səmərəli işləməsi üçün onların təmiz saxlanmasına diqqət yetirilməlidir.

- Yeməkləri soyuducuya qoymazdan əvvəl soyumasını gözləyin. Yeməyin soyudulmadan soyuducuya qoyulması soyuducunun daha çox enerji sərf etməsinə səbəb olur.

- Enerjiyə qənaət edən elektron cihazlara üstünlük verilməlidir.

- Kondisioner vaxtı-vaxtında tәmizlәnmәlidir və otaq temperaturu qışda 18-20°C, yayda 24°C səviyyəsində saxlanmalıdır.

- Kondisionerlər birbaşa günəş işığı düşməyən yerlərdə quraşdırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
sia.az

2Mənbələr