Bakı sakininin telefon və çantası talandı - FOTO/VİDEO
Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.Manset.azxəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.