RU

Azərbaycan turizmi COP29-a hazırdır? - SORĞU

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. Bu münasibətlə ölkəmizə xeyli turist axını baş verəcək. Bəs, Azərbaycanda turizm hansı səviyyədədir? SİA mövzu ilə bağlı ekspertlər arasında sorğu keçirib.

Turizm eksperti Ceyhun Aşurov: "Hazırda Azərbaycan turizm ölkəsi kimi öz potensialından daha az qonaq qəbul edir. Lakin ölkəmizdə kifayət qədər rekriasiya imkanları var ki, bu da turizmi təşviq edir.

Düşünürəm ki, ölkə daxilində və ya xaricdə istirahət etmək isə əslində zövq məsələsidir. Mən ölkə daxilində və ya xaricdə istirahətin müqayisəsini doğru hesab etmirəm. Çünki elə vətəndaşlar var ki, Azərbaycanda istirahət edir, amma ilin hansısa bir dövründə istirahət üçün xarici ölkəyə müraciət edir. Bu sırf zövqlə, dünyagörüşü və imkanla bağlı olan bir haldır. Hətta bəzən ölkə daxilindəki qiymətlər xaricdəki istirahət qiymətlərindən baha olur, amma vətəndaşlar yenə də Azərbaycanı seçirlər. Elə vətəndaşlar da var ki, fürsətdən imkan əldə edən kimi uyğun qiymətli turistik ölkələrə üz tuturlar.

Ölkədəki turizm qiymətləri bazar şərtlərinə uyğundur. Baxmayaraq ki ölkəmizdəki qiymətləri baha hesab etsək də bayramlarda və ya tətil günlərində otellərin turistlərlə dolu olduğunu müşahidə edirik. Bu məhsulun alıcıları varsa, qiymətin yüksək olmasına baxmayaraq bunu ödəyəcək insanlar var. Düşünürəm ki, ölkədə turizm obyektlərinin, xüsusilə regionlarda otellərin, restoranların və digər iaşə müəssisələrinin sayı artarsa, insanlar rəqabət mühitində daha əlverişli qiymətlərlə turistik xidmətlərini əldə edə bilərlər. Bu, sırf bazar iştirakçılarının sayından asılıdır".

Sosioloq Əhməd Qəşəmoğlu: "Təəssüf ki, biz hələ turizmin imkanlarından lazım olduğu qədər istifadə edə bilmirik. Turizm mühüm bir sahədir. Çünki Azərbaycana gələnlər ölkəni, təbiətimizi, millətimizi tanıyırlar. Bundan əlavə, turizm ölkəyə xeyli valyuta gətirir. Elə ölkələr var ki, turizmin gətirdiyi gəlir hesabına öz büdcəsinin əsas hissəsini təmin edir. Turizmin vacib yönlərindən biri də odur ki, turistlər gəlib-getdikcə ölkə haqqında xoş rəy yaratmaq imkanı artır. Bizim problemimiz ondadır ki, hələlik bu imkanlardan düzgün istifadə etmirik. Biz hələ də turistləri qarşılamağı bacarmırıq. Yalnız paytaxtda deyil, bölgələrimizdə də kifayət qədər gözəl təbiətə, mənzərəyə malik məkanlarımız, qədim tarixi abidələrimiz var. Bunları ölkəyə gələn qonaqlara tanıtmaqla onlarda Azərbaycan barədə müsbət rəy yaratmış olarıq. Amma bizim ticarət şəbəkələri turistdə bu barədə neqativ təəssürat yaradır. Xarici qonaq görən kimi Vətəni unudub, qonağı nə qədər çox aldada biləcəyi haqqında düşünür. Nəticədə gələn turistlərdə ölkə haqqında mənfi bir fikir formalaşır. Bəzən uşaqlar turistlərin qabağına keçib pul istəyir, bəzən isə arzuolunmaz hərəkətlərlə məşğul olan qadınlar ərəblərin arxasınca düşürlər. Bütün bunlar turizm potensialımızdan kifayət qədər istifadə edə bilməməyimizə səbəb olur. Azərbaycanda xidmət mədəniyyəti arzuolunan səviyyədə deyil.

Məsələn, bir dəfə Şəki Xan Sarayının yaxınlığında yerləşən sanitar qovşaq çox bərbad gündədir. Məlumdur ki, Şəki Xan Sarayına çox sayda turist gəlir və nəticədə xeyli pul qazanılır. Amma təəssüf ki, saraydan 200 metr aralıda müasir standartlara cavab verən bir sanitar qovşaq yoxdur. Yol qırağında yerləşən iaşə müəssisələri də var, hansı ki avtomobil və ya avtobusla səyahət edən qonaqlar ora baş çəkə bilirlər. Təəssüf ki, belə obyektlərdə xidmət ürəkaçan deyil. Həmin iaşə müəssisələrində işləyən vətəndaşları qonağı nə cür qarşılamalı, necə rəftar etməli, necə qulluq etməli olduqları barədə maarifləndirmək lazımdır. Belə səhlənkarlıqlar hələ də davam edir. Bütün bunlar gələn turistlərdə ölkə haqqında təsəvvür formalaşdırmağa kömək edir.

Şəxsən mən təbiəti etibarilə Azərbaycanda istirahət etmək istəyərəm. Amma təbii ki, ölkəmizdə qeyd etdiyim problemlər var. Hesab edirəm ki, noyabrda ölkəmizdə baş tutacaq COP29 beynəlxalq səviyyəli tədbirə kimi bu problemləri həll etmək lazımdır".

Qida üzrə baş mütəxəssis Ağa Salamov: "Azərbaycanda turistləri qəbul edəcək kifayət qədər otel var. İnanıram ki, ölkəmizdə keçiriləcək COP29 dönəmində də 80 min turisti yüksək səviyyədə qarşılayacağıq.

Təbii ki, müəyyən çatışmazlıqlar da var. Məsələn, gələn turistlərin bələdçilər tərəfindən yönləndirilməsində bəzi sıxıntılar yaşanır. Bələdçilərin təlimsiz və ya təhsilsiz olması öz sözünü deyir. Yaxşı olardı ki, COP29-a kimi bələdçilərlə xüsusi kurslar keçirilsin. Turistə pul gözü ilə baxmaq düzgün deyil. Bələdçilər unutmamalıdır ki, onlar turistlərə ölkəmizi təqdim edir, tanıdırlar. Düşünürəm ki, turistlər daha çox milli mətbəximizin təqdim olunduğu yerlərə aparılmalıdır. Çünki bizə daha çox milli dəyərlər maraqlıdır.

Bölgələrimizdə də turistlər üçün otel və restoranlar fəaliyyət göstərir. Amma burada olan otel və restoranlarda mütləq şəkildə FİFO, LİFO sistemləri gücləndirilməlidir. Qida zəhərlənmələri ilə bağlı yoxlanışlar aparılmalıdır. Artıq vaxta az qalıb. Hesab edirəm ki, AQTA da bununla bağlı fəaliyyətdədir".

Ləman Sərraf

Избранный
31
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17639
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17341
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16373
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14799
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13802
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11013
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10368
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9569
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9442
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
8957
"Zaur, yenə çaşdın..." - VİDEO
8313
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7157
Minimum əmək haqqı nə qədər arta bilər?
6507
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6152
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5862
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4971
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4836
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4701
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4005