- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
İki dəfə ailəli olub boşanan türkiyəli məşhur ulduz Hülya Avşar evliliklə bağlı diqqətçəkən açıqlamalar verib.
Sfera.az-ın məlumatına görə, onun müvəqqəti ailə modeli müzakirələrə səbəb olub.
“Bu ailələr beş illik müqavilə ilə olsa, insanlar heç olmasa həyəcanla bir-birindən soruşacaqlar ki, beş ildən sonra mənimlə yenidən evli qalmağa davam edəcəksənmi? Düşünsək, bu, bir növ icarə kimi olacaq. Bu sizi həyəcanlandırmırmı?”, - deyə Avşar qonağı professor Arif Məhsuldardan soruşub.
Qeyd edək ki, aktrisa özünün “YouTube”da yayımladığı “Bir Hülya Avşar Sohbeti” podkastında qəbul etdiyi qonaqlar və işıqlandırdığı mövzularla tez-tez gündəm yaradır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.