Yeni Rusiya İmperiyasının süqutu yaxın gələcəkdə baş verəcək, baxmayaraq ki, Rusiya çoxları üçün sabit və dağılmaz görünür.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Teleqram səhifəsində yazıb.
O bildirib ki, SSRİ-nin dağılması müasir Rusiya Federasiyasının necə yox olacağına dair müəyyən anlayışlar yaradır:
“Birincisi: dövlət təbliğatının sakitləşdirici və hətta cəsur tonuna aldanan kənar müşahidəçilər üçün imperiyanın dağılması gözlənilmədən baş verəcək. İkincisi: imperiyanı sadəcə bir hadisə bitirməyəcək. O, min bir kəsikdən qan axıb hissələrə qopmağa başlayana qədər içəridən ağrıyacaq və çürüyəcək”.