AZ

"Rusiya bu şəkildə süqut edəcək"

Yeni Rusiya İmperiyasının süqutu yaxın gələcəkdə baş verəcək, baxmayaraq ki, Rusiya çoxları üçün sabit və dağılmaz görünür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Teleqram səhifəsində yazıb.

O bildirib ki, SSRİ-nin dağılması müasir Rusiya Federasiyasının necə yox olacağına dair müəyyən anlayışlar yaradır:

"Birincisi: dövlət təbliğatının sakitləşdirici və hətta cəsur tonuna aldanan kənar müşahidəçilər üçün imperiyanın dağılması gözlənilmədən baş verəcək. İkincisi: imperiyanı sadəcə bir hadisə bitirməyəcək. O, min bir kəsikdən qan axıb hissələrə qopmağa başlayana qədər içəridən ağrıyacaq və çürüyəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
107
8
milli.az

8Mənbələr