AZ

UEFA-dan Umudluya təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Gənclər Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq. K.Umudluya Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14.30-da başlayacaq.

Seçilən
63
13
football-plus.az

10Mənbələr