AZ

Azərbaycanlı FİFA hakimi “Ştutqart”ın oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.Komanda.az xəbər verir ki, o, 2-ci turda keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.Referiyə Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.

Seçilən
42
13
komanda.az

10Mənbələr