AZ

Millimizin oyunlarının təqvimi müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

İdman.biz xəbər verir ki, A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Komandamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Yığmanın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

4 oktyabr
14:45. Azərbaycan - İngiltərə

5 oktyabr
14:45. Azərbaycan – Gürcüstan

7 oktyabr
20:00. İspaniya - Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

İdman.biz

Seçilən
43
8
idman.biz

9Mənbələr