AZ

Millimizin oyunlarının təqvimi müəyyənləşdi

style='margin-bottom:10px;'>

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:

4 oktyabr

14:45. Azərbaycan - İngiltərə

5 oktyabr

14:45. Azərbaycan – Gürcüstan

7 oktyabr

20:00. İspaniya - Azərbaycan

Qeyd edək ki, komandamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Seçilən
43
8
teleqraf.com

9Mənbələr