AZ

"Şəhid övladlarının incəsənət akademiyası" yeni təlimlərlə davam edir - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin növbəti həftəsi geridə qalıb.

QHT.az xəbər verir ki, 7-12 yaşlı 25 məktəbli şəhid övladlarının iştirakı ilə keçirilən akademiyanın növbəti günündə iştirakçılar musiqi və rəsm sahələri üzrə təlimlərdə iştirak ediblər. Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva akademiyanın musiqi qrupunun qonağı olub və akademiya iştirakçılarına dünya musiqi mədəniyyətinin, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri barədə ustad dərsi keçib.

Qeyd edək ki, 3 ay davam edəcək layihə ərzində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçilən təlimlərdə iştirak edəcəklər. Təlimlər nəticəsində qazanılan bilik və bacarıqlar, həmçinin hazırlanan incəsənət nümunələri layihənin sonunda təşkil olunacaq bağlanış mərasimində təqdim olunacaq.

Seçilən
26
4
qht.az

6Mənbələr