Bu gün Tehranda iki qız rəqs etdikləri videonu paylaşdıqları üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA məlumat yayıb.
Bildirilib ki, qızlar İran-İraq müharibəsində ölən şəxslərin məzarları üstündə rəqs etdiklərinə dair videonu sosial şəbəkədə paylaşdıqları üçün həbs olunublar.