AZ

Türkiyədə 9 fərqli mütəşəkkil cinayətkar qrup məhv edilib: 50 nəfər həbs olunub

Türkiyədə son bir həftə ərzində polis tərəfindən həyata keçirilən “Hücre” əməliyyatlarında 9 fərqli mütəşəkkil cinayətkar qrup məhv edilib. 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb. 

Bildirilib ki, əməliyyat zamanı 76 şübhəli tutulub. Onlardan 50-si həbs olunub, 25-i haqqında məhkəmə nəzarəti qərarı çıxarılıb. 1-i barədə isə araşdırmalar davam etdirilir. 

Zərintac Mayisqızı Missiya.Az

Seçilən
24
25
missiya.az

10Mənbələr