Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 21-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Las Palmas” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
21-ci turun qalan görüşləri yanvarın 25-27-si aralığında keçiriləcək.
İspaniya, La Liqa
21-ci tur
24 yanvar
Las Palmas – Osasuna 1:1
Qollar: Yanuzay, 90+8 – Oroz, 53.
25 yanvar
17:00. Malyorka – Betis
19:15. Atletiko – Vilyarreal
21:30. Sevilya – Espanyol
00:00. Valyadolid – Real
26 yanvar
17:00. Rayo Valyekano – Jirona
19:15. Real Sosyedad – Xetafe
21:20. Atletik – Leqanes
00:00. Barselona – Valensiya
27 yanvar
00:00. Alaves – Selta